Interposta.Info

"Mercedes"dən möhtəşəm kabriolet –

Ölkə
 22-08-2017, 14:00     10 335

Almaniyanın "Daimler-Benz" korporasiyası "Mercedes-Maybach 6 Cabriolet" konsept modelini təqdim edib.

Musavat.com Milli.az-a istinadən bildirir ki, "Mercedes"in baş dizayneri Qorden Veqenerin əsəri olan bu iki yerlik kabrioletin uzunluğu 5700 mm, eni 2100 mm, hündürlüyü 1340 mm-dir.

Avtomobil ötənilki "Vision Mercedes-Maybach 6" kupesinin bazasında hazırlanıb.

Yeni konsert modeldəki 747 at gücündə, 55-0 kVt-lıq 5 elektrik mühərriki 100 km/saat sürəti 3,8 saniyəyə əldə edir. Avtomobilin maksimal sürəti 250 km/saatdır.

Akkumulyatorları enerji ilə tam doldurulandan sonra avtomobil NEDC standartı ilə 500 km, EPA standardı ilə 322 km məsafə qət edir.

Dəbdəbəli yaxtanı xatırladan "Mercedes-Maybach 6 Cabriolet"in salonu çəhrayı qızılla bəzədilib. Təkərlərdə isə 24 düymlük yüngül disklər var.

Salondakı biometrik qurğular sürücünün və sərnişinin səhhətinin durumunu sürəkli monitorinq edir.

"Mercedes" şirkəti bu avtomobili Ener-G-Force, AMG Vision Gran Turismo və Vision Tokyo konseptləri ilə bir tutur.

Sadalanan konseptlərin satışa çıxacağı günü gözləmək istəməyənlərsə "Mercedes-Maybach S"-i ala bilərlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26