Interposta.Info

Avropadan Türkiyə ilə bağlı bədbin hesabat

Ölkə
 17-04-2018, 20:38     10 417

Avropa Komissiyası Türkiyə ilə bağlı 2018-ci il hesabatını açıqlayıb.

Axar.az xəbər verir ki, yayımlanan hesabatda Türkiyənin insan haqları və hüquq dövlət sahələrində nəhəng addımlarla Avropa Birliyindən (AB) uzaqlaşdığı bildirilib.

Həmçinin 2016-cı il 15 iyul çevriliş cəhdindən sonra ölkədə elan edilən fövqəladə vəziyyətin tez bir zamanda ləğv edilməsi, çevriliş cəhdi ilə bağlı saxlanılan və həbs edilənlərin qeyd-şərtsiz azadlığa buraxılması ifadə edilib.

Bundan əlavə, Türkiyənin miqrasiya ilə bağlı göstərdiyi səylərin də müsbət qiymətləndirildiyi qeyd olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26