Interposta.Info

Bakıda yanacaqdoldurma məntəqəsində oyuncaq tapança ilə soyğun

Ölkə
 17-04-2018, 11:43     10 403

Aprelin 16-da gecə saat 02:31 radələrində Əhmədlidə "radiozavod”un yaxınlığındakı "LUKoil” yanacaqdoldurma məntəqəsində soyğunçuluq hadisəsi baş verib.

"XeberBiz" "Movqe.az”a istinadən xəbər verir ki, üzünə maska taxan iki nəfər şəxs "LUKoil” yanacaqdoldurma məntəqəsinə daxil olublar.

Soyğunçular həmin vaxt yanacaqdoldurma məntəqəsində gecə növbəsində olan üç nəfər əməkdaşa əllərindəki oyuncaq tapança ilə hədə-qorxu gələrək 800 AZN pulu götürərək aradan çıxıblar.

Soğunçular oyuncaq tapancanı yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerə ataraq uzaqlaşıblar. Hal-hazırda faktla bağlı araşdırma aparılır. Soyğunçuların tapılması istiqamətində əməliyyat-istintaq tədbirlərinə başlanıldığı bildirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26