Bu dövlət qurumu ləğv edildi

Nazirlər Kabinetinin 1994-cü il 21 sentyabr tarixli qərarı ilə yaradılmış "Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.
"XeberBiz" "Report”a istinadən xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rəsizadə tərəfindən imzalanıb.
Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmə tapşırığı verilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26