“Pokrovka Məhərrəm” azadlığa çıxdı: Açıqlama verdi
Bu gün Azərbaycan mətbuatında Rusiyada tanınmış biznesmen və kriminal avtoritet "Pokrovka Məhərrəm”in Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına dair məlumat, eləcə də sosial şəbəkələrdə polislərin onu qandallamalarını və dizləri üstə qoymalarını əks etdirən video yayılıb. Xəbərdə iş adamının tutulmasının səbəbləri açıqlanmırdı.
Bir qədər əvvəl isə sözügedən şəxs "Qafqazinfo” ilə əlaqə saxlayaraq bildirib ki, o adi bir anlaşılmazlıq üzündən dünən hüquq-mühafizə orqanları tərəfindən saxlanılılb və bu gün sərbəst buraxılıb.
Biznesmen həbs olunması üçün heç bir səbəb olmadığını, hazırda dostlarının əhatəsində evinə getdiyini, narahat olan bütün insanlara təşəkkür etdiyini söyləyib.
Eyni zamanda Məhərrəm Həsənov dostlarının əhatəsində olduğu videonu "Qafqazinfo”ya təqdim edib:
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26