Interposta.Info

“Pokrovka Məhərrəm” Moskvada belə saxlanıldı -

Ölkə
 31-03-2018, 16:48     10 454

Moskvada hüquq mühafizə orqanlarının əməkdaşları tanınmış azərbaycanlı sahibkar Məhərrəm Quliyevi həbs edib.

"XeberBiz" Azərbaycan KİV-nə istinadən xəbər verir ki, M.Quliyev əvvəllər Rusiyanın "Pokrov” meyvə-tərəvəz bazasına rəhbərlik edib, hazırda isə "Food City” meyvə tərəvəz bazasında çalışır.

Sosial şəbəkələrdə Quliyevin polis tərəfindən saxlanılmasının görüntüsü yayılıb. Həmin kadrlarda polis əməkdaşları Quliyevi qandallayaraq, diz çökdürür. Məhərrəmovun hansı səbəbdən saxlanıldığı hələ ki məlum deyil.



Məhərrəm Həsənovun Rusiyada "meyvə-tərəvəz mafiyasının” əsas fiqurlarından olduğu bildirilir. Şəmkirdən olan sahibkar, fəaliyyəti dövründə Azərbaycandan Moskvaya daxil olan kənd təsərrüfatı məhsullarının böyük hissəsinə nəzarət edib.

"Pokrovka” ləqəbi ona məhz qalmaqalları ilə tanınan "Pokrov” meyvə-tərəvəz bazasına rəhbərlik etdiyi vaxtlarda verilib. Pokrovka 2014-cü ilə kimi Moskvanın ən iri meyvə-tərəvəz bazası hesab olunurdu.

Məhərrəm Həsənov və onun qardaşı Rövşən "Azfrut” şirkəti vasitəsi ilə demək olar ki, bazar ərazisinə daxil olan bütün tırlara nəzarət edib. Qeyri rəsmi məlumatlara görə, hər yük avtomobilinə görə Həsənov qardaşları 500 dollara yaxın xərac alıb.

Bu pulların müəyyən hissəsi "Noviye Çeremuşki” şirkətinin təsisçiləri olan bazarın real sahibkarları İqor İsayev və Əliasxab Hacıyevə çatıb.

"Pokrovka”nın həyatında qara zolaq 2013-cü ilin sonlarında başlayıb. 10 oktyabr 2013-cü ildə Yeqor Şerbakovun ölümü Biryulevoda kütləvi iğtişaşlara yol açıb: sakinlərin etnik cinayətkarlığa qarşı keçirdiyi "xalq yürüşü” böyüyərək "Biryuza” ticarət mərkəzi və "Pokrovka” meyvə-tərəvəz bazasına hücumlara çevrilib.

İğtişaşların yatırılması üçün OMON qüvvələri səfərbər olunub. 30 yaşlı azərbaycanlı Orxan Zeynalov mühakimə olunaraq, 2014-cü ilin iyul ayında 17 il azadlıqdan məhrum edilib.

Şerbakovun qətlindən altı gün sonra meyvə-tərəvəz bazasının bağlanması haqqında qərar çıxarılıb. "Rospotrebnadzor”un keçirdiyi baxışlardan sonra, "Pokrov” bazasında sanitar-texniki normalarla bağlı çoxsaylı pozuntular aşkarlanıb. Moskvanın meri Serqey Sobyanin həmin vaxt, bazanın bir daha açılacağına inanmadığını bildirmişdi.

Ancaq "Pokrovka”nın bağlanması nə qədər gözlənilməz olsa da, Azərbaycandan olan Qoda Nisanov və Zarah İliyevin mövqeyini gücləndirib. Onlar yaranmış vəziyyətdən istifadə edərək, Moskvanın ən iri aqroklasteri sayılan "Food City” şirkətini yaradır. Pokrovkada işləmiş azərbaycanlıların çoxu məhz ora köçərək, "Food City”ni Moskvanın ən iri meyvə-tərəvəz satış mərkəzlərindən birinə çevirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26