Interposta.Info

Azərbaycanda həftə sonunda 8 yol qəzası olub,

Ölkə
 26-03-2018, 10:25     10 419

Respublikanın avtomobil yollarında həftə sonunda 8 yol qəzası olub, 3 nəfər ölüb və 11 nəfər xəsarət alıb.

XeberBiz xəbər verir ki, bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 196 cinayət faktı qeydə alınıb, onların da 42-si “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub. Bundan başqa, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Həmçinin cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26