Interposta.Info

Ötən gün 31 nəfər tutulub

Müxtəlif
 27-03-2018, 09:32     10 388

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 80 cinayət faktı qeydə alınıb, onların da 15-i "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "interposta.info"-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26