Interposta.Info

"Polojeniya Anar"a 9 il cəza istənildi - qız üstündə dava, xuliqanlıq, silah, narkotik...

Ölkə
 9-03-2018, 11:24     10 503

Prokuror "Polojeniya Anar" ləqəbli kriminal avtorite cəza istəyib.

Musavat.com xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində, xuliqanlıqda və qabunsuz silah daşımaqda təqsirləndirilən "Polojeniya Anar" ləqəbli Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılıb.

Prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı A.Məhərrəmovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə növbəti iclası martın 16-na təyin edilib.

İttihama görə, A. Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən "Night Office" gecə klubunda Kamran Hüseynov adlı şəxsi qız üstündə döyüb. Guya ki, K.Hüseynov A.Məhərrəmovla birlikdə olan qadına sataşıbmış. O, Hüseynova yumruq və təpik zərbələri vurub və K. Hüseynovun müxtəlif dərəcəli bədən xəsarəti almasına səbəb olub.

A. Məhərrəmovun üzrərinə baxış zamanı narkotik vasitə də aşkar edilərək, götürülüb.

A. Məhərrəmov kriminal aləmdə "Polojeniya Anar" kimi tanınıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26