Interposta.Info

Avropa çempionuna cəza istənildi - "Həbs edilsin"

Ölkə
 29-06-2018, 12:14     10 658

Soyğunçuluqda təqsirləndirilən Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu Anar İsmayılov hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı A.İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini, barəsində seçilmiş polis nəzarətinə verilmiş qətimkan tədbirinin dəyişdirilməsini və məhkəmə zalından həbs edilməsini istəyib.

Məhkəmə iclası iyulun 10-da davam etdiriləcək.

Qeyd edək ki, idmançı Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir. O, həbsdə deyil. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, A.İsmayılov 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26