Interposta.Info

Putin FIFA prezidenti ilə top çilədi –

Ölkə
 6-03-2018, 20:42     10 616

Futbol üzrə dünya çempionatının başlamasına 100 gün qalıb.

Oxu.Az xəbər verir ki, FIFA bu münasibətlə maraqlı video hazırlayıb.

Videoda məşhur veteran ulduzlar top çiləyirlər.

Belə ki, braziliyalı Ronaldo, ingilis Ueyn Runi, nigeriyalı Cey Cey Okoça, avstraliyalı Hari Kyuel, yaponiyalı Hidetoshi Nakata, meksikalı Xorxe Kampos, ispaniyalı Karles Puyol, seneqallı Kalilu Fadiqa, panamalı Xulio Deli Valdes, portuqaliyalı Nunu Qomeş, uruqvaylı Dyeqo Forlan, argentinalı Dyeqo Maradona, iranlı Mehdi Mahdavikia, isveçli Tomas Brulin, Polşa doğumlu almaniyalı Miroslav Kloze, səudiyyə ərəbistanlı Sami Əl Cabir, tunisli Radi Jaidi, cənubi koreyalı Honq Myunqbo, isveçrəli Aleksander Fray, polşalı Yeji Dudek, misirli Mido, kolumbiyalı Karlos Valderama, xorvatiyalı Dario Şimiç, kosta rikalı Paulo Vançope, perulu Nolberto Solano, rusiyalı Dmitri Aleniçev, serbiyalı Deyan Stankoviç, danimarkalı Peter Şmeyxel, belçikalı Daniel Van Buyten, mərakeşli Nurredin Naybet, islandiyalı Eydur Qudyonsen və fransalı David Trezeqe çəkilişdə iştirak ediblər.

Top çiləyənlər arasında FIFA prezidenti Canni İnfantino və Rusiya Federasiyasının rəhbəri Vladimir Putin də var. Məhz topa son zərbəni də meydan sahiblərini təmsil edən Putin vurur.



Qeyd edək ki, dünya çempionatı iyunun 14-də Rusiya – Səudiyyə Ərəbistanı matçı ilə start götürəcək. Final oyunu isə iyulun 15-də Rusiyanın paytaxtı Moskvada baş tutacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26