Interposta.Info

“Arxadan çəkiclə vurdu” - Bakıda yaşayan Pakistanlılar arasında mübahisə -

Ölkə
 1-03-2018, 19:46     10 537

Paytaxtın Suraxanı rayonunda Pakistan vətəndaşları arasında dava baş verib.

ARB TV xəbər verir ki, 2009-cu ildən Bakıda yaşayan 34 yaşlı Əhməd Muhəmməd Navid işdən evə qayıdarkən uzun illər dostluq etdiyi Muhammad Rafakat hücumuna məruz qalıb.

Rafakat Navidə çəkiclə zərbələr endirməyə başlayıb. Zərərçəkənin sözlərinə görə, ondan fərqli olaraq işsiz qalan dostu paxıllıq etdiyi üçün belə bir addım atıb.

Hadisə barədə polisə məlumat verilib.

Əhməd Muhəmməd Navid – Zərərçəkən: “Marketdən qayıdanda oğlan məni arxadan çəkiclə vurdu. Sadəcə paxıllıq keçirib”

Faktla əlaqədar Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26