Interposta.Info

9 ayda velosipedlə 35 ölkə gəzdi, indi isə Azərbaycandadır –

Ölkə
 15-02-2018, 23:24     10 493

Dünya turuna çıxan turistin Azərbaycan haqqında fikirləri

35-dən çox ölkəni gəzən qazaxıstanlı Talqar Jumabekov, artıq 4-cü dəfədir ki, yolunu Azərbaycandan salır.

Velosipedlə dünya turuna çıxan Qazaxıstan vətəndaşı Talqa Jumabekov səhər saatlarında Gürcüstandan ölkəmizə keçib.

9 ay müddətinə minlərlə kilometrlərlə yol qət edən turist, bir ölkədə maksimum üç gün qalır. Azərbaycanda isə bir həftə qalacağını deyir. Onun olduğu ölkələr və ölkəmiz haqqında olan təəssüratları isə çox maraqlıdır:

“Mən burada olmaqdan çox razıyam. 9 aydır ölkələr arasında səyahət edirəm. 35 ölkədə olmuşam. 4-cü dəfədir ki, Azərbaycandayam. Sizin xalqı çox sevirəm. İnsanlarınız çox qonaqpərvər və mehribandılar. Hər dəfə buraya gələndə yeni dostlar qazanıram. Polşada, Almaniyada, İspaniyada, Hollandiyada və digər ölkələrdə olmuşam. Azərbaycana isə gəlmədən öncə Türkiyədə və Gürcüstanda oldum. Ötən ildən səfər edirəm. Aprel ayında səfərimin 1 ili tamam olacaq. Hazırda planımda Hindistan, Pakistan, İran, İndoneziya kimi ölkələr var”.

interposta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26