Rusiyada bir azərbaycanlı ailə məhv oldu

Rusiyanın Orenburq şəhərində yaşayış binalarından birində güclü yanğın hadisəsi baş verib.
interposta.info xəbər verir ki, yanğın nəticəsində azərbaycanlı ailənin ikisi uşaq olmaqla 4 nəfər ölüb.
Həmçinin ikisi uşaq olmaqla 5 nəfər xəsarət alıb. Yaralı şəxslər xəstəxanaya yerləşdirilib.
APA-nın məlumatına görə, hazırda ölənlərdən ikisinin adı məlumdur. Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26