Interposta.Info

Bakıda xanım polis həmcinslərini cərimələdi

Ölkə
 8-02-2018, 09:37     8 791

Bu gün yol patrul xidməti əməkdaşları qayda pozan piyadalara qarşı reyd keçirib. İlk dəfə olaraq reyddə YPX-nın qadın əməkdaşı iştirak edib.

Polis serjantı Turan Daşdəmirova reyd zamanı qaydaları pozan xanım piyadaları saxlayıb. Bəzilərinə xəbərdarlıq olunub, bir sıra piyadalara inzibati qaydada cərimə tətbiq edilib.

interposta.info xəbər verir ki, avtosfer.az-ın reyddə iştirak edən əməkdaşı bildirib ki, bəzi xanım piyadalar "nişanı görmədim", "həkimdən gəlirəm", "belim ağrıyır keçidə girə bilmirəm" kimi bəhanələrlə məsuliyyətdən yayınmağa çalışıblar.

interposta.info reyddən videonu təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26