Interposta.Info

“Alov qüllələri”nə təhlükə? - Bayıl sürüşməsi köhnə şayiələri gündəmə gətirdi

Ölkə
 30-01-2018, 18:30     10 532

Bir neçə ildir, Bakının simvollarından birinə çevrilən "Alov qüllələri” yeni ucaldılmağa başlayanda əhali arasında bir şayiə yayılmışdı.

Bildirilirdi ki, tikili sürüşmə ərazisində inşa edildiyindən mərtəbələri artdıqca problem yaranıb. Bir neçə mərtəbədən sonra isə binanın alt hissəsində sürüşmə başlayıb. Sürüşmə cüzi olduğundan tikiliyə təsir etməyib. Daha sonra mütəxəssislər cəlb olunub və özül bərkidilib. Bununla da "Alov qüllələri” inşası başa çatmadan tarixə qovuşmaqdan xilas olub.

O vaxtlar bu şayiələr təsdiqini tapmamışdı. Lakin teleqüllə yaxınlığında Bayıl yamacının sürüşməsi və əhalinin oradan təxliyə olunması, "Alov qüllələri” üçün də təhlükə məsələsini yenidən gündəmə gətirir.

interposta.info xəbər verir ki, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov BakuPost-a bildirib ki, binanın bünövrəsi kifayət qədər dərinliyə otuzdurulub: "Həmin binaların çox möhkəm bünövrəsi var, özü də dərinliyə otuzdurulub. İndi desək ki, orada sürüşmə var, düzgün olmaz. Hələ ki bunu hiss etməmişik. İndidən nəsə olacaq da demək olmaz”.

Mütəxəssis sözügedən ərazilərin qədim sürüşmə zonası olduğunu vurğulayıb: "Həmin ərazidə yalnız Şəhidlər Xiyabanındakı məqbərənin ön hissəsində sürüşmə, Gülüstan sarayının qarşısında və köhnə məhkəmənin binasının ətrafında sürüşmələr olub. Lakin bunlar kiçik sürüşmə əraziləridir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26