Interposta.Info

Vasif Talıbov bu şəxslərin maaşını 50 faiz artırdı

Ölkə
 30-01-2018, 10:46     10 421

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci il yanvarın 27-də Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

interposta.info xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, sərəncamda deyilir:

"Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, Sədərək Rayon Mərkəzi Xəstəxanasının işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması və fəaliyyətin stimullaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sədərək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilsin.

2. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Sədərək Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq əməkhaqları 2018-ci il fevralın 1-dən 50 faiz artırılsın.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin və Sədərək Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2018-ci il iyulun 1-dən publik hüquqi şəxsin fəaliyyətini təmin etsin.

4. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26