Interposta.Info

Bakı metrosunda dәhşәt – 23 yaşlı gәnc qatarın altında qaldı - Tәfәrrüat

Ölkə
 9-01-2018, 00:26     10 427

Bakı metrosunda 22:10 radәlәlәrindә intihar hadisəsi baş verib.
BakuPost.az xəbər verir ki, metronun "Ulduz” stansiyasında 20-25 yaşlı gәnc oğlan özünü qatarın altına atıb. 15 saylı qatar gәncin üstündәn keçәrәk, onu iki yerә bölüb.
Qatarların hərəkətindә 20 dәqiqә fasilә yaranıb.
***
BakuPost.az-ın mәşumatına görә, intihar edәn şәxs Mustafazadә Rәşad Әlixan oğludur. O, 1995-ci işdә Gәncәdә anadan olub.
***
Bakı metrosunda 23 yaşlı yaşlı gəncin intiharının təfərrüatı məlum olub. Hadisə şahidlərinin BakuPost-a verdiyi məlumata görə, intihar edən Rəşad Mustafazadə bir neçə dəqiqə əvvəldən intihar edəcəyini yüksək səslə elan edib. Lakin heç kim onun bu xəbərdarlığını ciddiyə almayıb, səbəbi ilə maraqlanmayıb və gənci intihar niyyətindən çəkindirməyə çalışmayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26