Interposta.Info

Bakı metrosundakı problemin səbəbi açıqlandı (YENİLƏNİB)

Ölkə
 15-07-2021, 20:36     560

Bakı metrosunda intihara cəhd hadisəsi qeydə alınıb.

"İnterPosta" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hadisə axşam saatlarında – 19:06-da, "Ulduz" stansiyasında baş verib.

Orta yaşlı kişi özünü qatar yoluna atıb. O, sağ-salamat çıxarılıb. Hazırda onun səhhəti ilə bağlı müayinələr davam edir.

19.18

Bakı metrosunda problem yaranıb.

Qaynarinfo-nun məlumatına görə, "20 yanvar" stansiyasından hərəkət edən qatar "Nizami" metro stansiyasında dayanıb.

Qatar 10 dəqiqədən çox hərəkət etməyib.

Hadisə yerində olan əməkdaşımızın bildirdiyinə görə, "Ulduz" stansiyasında bir nəfərin qatarın altında qaldığı deyilir./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26