Interposta.Info

Bir əsrdən çoxdur yatıblar, amma heç biri ölü deyil (FOTOLAR)

Ölkə
 6-01-2018, 00:46     10 524

Meksika, Paraqvay və Boliviyada yaşayan bu cəmiyyətin nümayəndələri qeyri-adi yaşam tərzi ilə seçilir.

Burada sanki zaman dayanıb. Mennonitlər adlı cəmiyyətin üzvləri bir neçə əsr əvvəldə yaşayırlar. Onların həyat tərzinə nəzər salanda 1800-cü illərdə qaldıqları görünür. Belə ki, bu cəmiyyətin üzvləri bir çox yenilikləri rədd edir və sirli həyat tərzi keçirirlər.

"XeberBiz" tendensiya.com-a istinadən mennonitlərin ilginc həyat hekayəsini sizlərə təqdim edir:

Cəmiyyət adını Hollandiyada yaşamış təriqət başçısı Menno Simonsdan götürüb.
Simons xristianlıq dininin bir çox elementlərini bəyənmədiyi üçün ona qarşı çıxaraq öz təriqətini yaradıb. Savaşa qarşı olan bu təriqətin nümayəndələri ötən əsrlərdə bitmək bilməyən müharibənin baş verdiyi Avropada döyüşlərdən uzaq olmaq üçün daim fərqli yerlərə köç ediblər.

Ən əsas xüsusiyyətləri texnologiyanı rədd etmələridir. Yaşayış tərzlərinin dünyanın ən yaxşısı olduğuna inanan mennonitlər sonda cənnətə gedəcəklərinə inanırlar. Həkim və müəllim üzü görməyən bu insanlar doğumları belə evlərdə gerçəkləşdirirlər. Onların ibadətləri də bir qədər fərqlidir. Belə ki, bu təriqətin nümayəndələri üzlərini masanın üstünə çevirərək dramatik şəkildə ayin icra edirlər.

Şiddətə qarşı olan mennonitlər arasında demək olar ki, cinayət halları baş vermir. Oğurluq, cinayət, dava-dalaş və xüsusilə də söyüş onlardan uzaqdır. Onlar bir-birlərinə qarşı son dərəcə hörmətlə yanaşır, doğruluq və dürüstlüyü hər şeydən üstün tuturlar.

Ailə qurmaq istəyən gənclər bazar günləri görüşüb bir-birləri ilə tanış olurlar, lakin onların musiqi dinləmək, rəqs etmək və əyləncələr təşkil etmək kimi seçimləri yoxdur. Çünki bütün bunlar mennonitlərin yaşam tərzinə ziddir və qadağan hesab olunur.

Elektrikdən istifadə etmirlər. Qaranlıq düşəndə adətən qaz lampaları yandırılır, bəzən hətta onu belə istifadə etməkdən imtina edirlər.

Uşaqlara nə istəyirlərsə onu öyrədirlər. Məcburi şəkildə tarix, coğrafiya, fizika, kimya və s. tipli fənnlərin tədrisi mennonitlərin təhsil sitemində yoxdur. Məktəblərində vahid forma geyinilir.

Cəmiyyət həyatında qadınlar da kişilərlə birgə at minir və əkin biçin işlərində kömək edirlər. Mennonitlər fabrik istehsalı olan heç bir şeydən istifadə etmirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26