Interposta.Info

65 minlik cinayət törədən dostlar saxlanıldı –

Ölkə
 28-12-2017, 15:27     9 094

Zərdab rayon sakini Araz Əliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan oğurluğun olması barədə məlumat verib.

ARB TV xəbər verir ki, polis əməkdaşlarının ticarət obyektinin maliyyə təsərrüfatına baxış zamanı, 65 min manat dəyərində tütün məmulatının oğurlandığı müəyyənləşdirilib.

Faktla bağlı aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər - Mayıl Əsədov və Abdulla Kərimov saxlanılıb.

Araşdırmalar zamanı Mayıl Əsədovun işlədiyi mağazadan tanışı Abdulla Kərimovla birgə 2015-ci ilin yanvar ayından etibarən hissə-hissə 65 min manat dəyərində tütün məmulatını oğurladıqları məlum olub. Hər iki şəxs həmin məmulatları dəyərindən ucuz qiymətə satdıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26