Interposta.Info

Narkotik alverçisi taksi əvəzinə polis maşınına əyləşdi - Gözlənilməz

Ölkə
 26-12-2017, 07:31     10 516

Narkodiler səhvən taksi yerinə polis maşınına oturub.

Moderator.az xəbər verir ki, təzadlı olay Danimarkada baş verib.

Bu barədə “The Independent” nəşri Kopenhagen polisinə istinadla məlumat yayıb. Üzərində 1000 doza yüngül narkotik(həşiş) olan narkotik alverçisi tələsdiyindən yaxınlaşan avtomobili taksi zənn edərək əl edib və əyləşib. Bir neçə saniyə sonra polis maşınında olduğunu anlayan cinayətkar özünü itirib. Ondan şübhələnən polislər üzərində axtarış keçirərək narkodiler olduğunu müəyyən ediblər. O, həbs edilib. Müvafiq cinayət maddələri üzrə cinayət işi qaldırılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26