Interposta.Info

Hacıqabulda "Baron" həbs edildi -

Ölkə
 23-04-2017, 00:42     695

Hacıqabulda "Baron" ləqəbi ilə tanınan narkotik alverçisi tutulub.

Rayon sakini İbrahim Abasov narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb. Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində onun üzərinə baxış keçirilən zaman kibrit qutularına yığılmış 10 qrama yaxın marixuana aşkar edilərək götürülüb. Onun evindən isə bir kiloqramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana tapılıb.

Faktla bağlı Hacıqabul Polis Şöbəsində araşdırma aparılır.

"Xəzər xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26