Interposta.Info

İstanbuldan Azərbaycana gələn avtobus aşdı: 30 nəfər xəsarət aldı

Ölkə
 25-12-2017, 13:06     8 986

İstanbuldan Azərbaycana gələn sərnişin avtobusu Qarsda qəzaya düşüb.

"XeberBiz" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Bakı vaxtı ilə saat 9:00-da Qars ərazisində, Qarayurd-Kağızman yolunda baş verib.

İstanbuldan Azərbaycana gələn "İğdır Turizm” şirkətinə aid 34 DY 9422 nömrə nişanlı avtobus sürücünün idarəetməni itirməsi səbəbindən aşıb.

Qəzada əksəriyyəti Naxçıvan Muxtar Respublikasının sakini olan 30 nəfər xəsarət alıb.

Xəsarət alanlar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26