Interposta.Info

Bakıda məşhur mağazanın işçiləri hakim qarşısında - 17 minlik mənimsəmə

Ölkə
 23-11-2017, 20:05     7 828

Bakıda fəaliyyət göstərən məşhur mağazalar şəbəkəsinin əməkdaşları hakim qarşısına çıxarılıb. Onlar işlədikləri mağazadan külli miqdarda vəsaiti mənimsəməkdə ittiham edilirlər.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bir qrup şəxs halında özgə əmlakını mənimsəməkdə təqsirləndirilən İbrahim İbrahimov, Zəhra Mavlina, Zaur Novruzov, Gültəkin Bünyadova və Elvina Qafarovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının başa çatdığı elan edilib.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Bildirək ki, təqsirləndirilən şəxslərin hamısı Bakıda fəaliyyət göstərən "Zara" mağazalar şəbəkəsinin "Nargiz Mall"dakı şöbəsinin əməkdaşlarıdır və mağazada müxtəlif vəzifələrdə çalışıblar.

Onlar işlədikləri mağazaya 17700 manat zərər vurmaqda ittiham edilirlər. Bildirilir ki, təqsirləndirilənlər bir qrup şəxs halında mağazada olan malların bir hissəsinin kassadan kənar əməliyyatını apararaq əldə etdikləri məbləği mənimsəyiblər.

Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bilirlər. Dəymiş 17700 manat zərər müştərək qaudadı təqdirləndirilən şəxslər tərəfindən ödənilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən heç biri hənsdə deyil. Onlar barəsində polis nəzarərinə verilmə qətimkan tədbiri seçilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26