Interposta.Info

Aybənisə Əliyeva vəfat etdi - Foto

Ölkə
 21-11-2017, 10:57     9 954

Azərbaycan Dillər Universitetinin (ADU) İspan və Koreya dillərinin tərcüməsi kafedrasının müdiri vəfat edib.

Report xəbər verir ki, dosent Aybənisə Əliyeva uzun sürən xəstəlikdən noyabrın 20-də dünyasını dəyişib.

Qeyd edək ki, A.Əliyeva 1993-cü ildə Xarici Dillər İnstitutunun Fransız dilinin tərcüməsi kafedrası nəzdində İspan dili şöbəsində ispan dilini tədris edən ilk yerli iki müəllimdən biri olub. 2000-ci ildə universitetdə İspan və İtalyan dili kafedrası yaradılıb. A.Əliyeva 2007-ci ildən kafedraya rəhbərlik edib.

interposta.info
Aybənisə Əliyeva vəfat etdi - Foto

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26