Interposta.Info

"Lider TV" maddi sıxıntı ucbatından regional bölmələrini bağlayıb

Ölkə
 17-11-2017, 15:58     10 394

"Lider" televiziyasının bir neçə region bölmələrinin bağlanması ilə bağlı xəbər yayılıb.

interposta.info xəbər verir ki, "Ucnoqta.az" saytının yaydığı məlumatda "Lider" TV-nin ən böyük region bürolarından biri Cənub bölməsi bağlanıldığı qeyd edilib.

Sayt yazır ki, Lənkəran, Astara, Lerik, Yardımlı kimi böyük rayonları və ərtaf rayonları əhatə edən bölmənin bağlanması, kanalın maddi vəziyyətinin pis olması ilə əlaqədardır:

"Bundan başqa kanalın Zaqatala bürosu və bir neçə böyük rayonları əhatə edən Aran" rayonlar üzrə bölməsi də artıq fəaliyyətini dayandırıb. Televiziyanın fəaliyyətini dayandırdığı bölmələrin əməkdaşları artıq digər televiziyalara müraciət edərək iş istəyiblər.Onlar saytımıza bildirib ki, bir müddətdən sonra kanalın digər region bölmələri də fəaliyyətini dayandıracaq.
"Lider TV"-dən "Ölkə.Az" saytına məsələ ilə bağlı verilən açıqlamada yayılan xəbərin həqiqəti əks etdirmədiyi qeyd edilib:

""Lider TV"-nin regiondakı bürolarını bağlaması ilə bağlı yayılmış məlumatı xəbər etmədən öncə, dəqiqləşdirmə aparmaq lazım idi. Biz nəinki Cənub bürosunu bağlamamışıq, əksinə Cəlilabad bürosunu da Cənub bürosuna daxil etmişik. Eyni zamanda Zaqatala bürsu Şəki bürosuna birləşdirilib və Şimal-qərb bürosu olaraq fəaliyyətini davam etdirir. Yəni bizim bu gün də bütün bölgələrdə çəkiliş heyətimiz və əməkdaşlarımız var.

Lider TV bölgələrdəki bürolarını bağlaması xəbəri reallıqdan uzaqdır. Çünki hər həftə məhz bölgələrdə baş verənlərlə bağlı "Səda Region" xəbər buraxılışımız olur və ordakı bütün süjetlər bölgələrdəki əməkdaşlarımız tərəfindən hazırlanır".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26