Interposta.Info

Lider TV müflis olub?

Müxtəlif
 22-09-2017, 15:00     10 111

Lider kanalının müflis olmaq üzrə olduğu və oktyabr ayında satışa çıxarılacağı ilə bağlı məlumatlar yayılıb.

"Qaynarinfo" xəbər verir ki, kanalın işçiləri artıq 4 aydan çoxdur ki, maaş almır. Sosial şəbəkədə yayılan məlumatlara görə, xəbərlər və həmçinin digər canlı yayımda çalışan əməkdaşlar işdən çıxarılıb. Hətta kanalın gecə növbəsinin ləğv olunduğu və bəzi texniki avadanlıqların satışa çıxarıldığı da qeyd olunur.

“Qafqazinfo” məsələyə münasibət öyrənmək üçün “Xəbərlər” departamentinin müdiri Anar Şükürovla əlaqə saxlayıb. O qeyd edib ki, rəhbəri olduğu departament fəaliyyətini davam etdirir: “Gördüyünüz kimi, yeni sezonda biz hər iki saatdan bir efirə çıxırıq. Amma digər suallarla bağlı kanalın PR meneceri ilə əlaqə saxlamaq lazımdır”.

Kanalın PR menecerinin telefonuna zəng çatmayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26