Interposta.Info

Su və işığın qiyməti qalxır? - Nazirdən açıqlama

Ölkə
 7-11-2017, 17:19     10 130

"Azərbaycan hökuməti "Azərişıq" ASC və "Azərsu" ASC-nin maliyyə vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə elektrik enerjisi və su tariflərini artırmayacaq".

Trend-in məlumatına görə, bunu 2018-ci il dövlət və icmal büdcənin müzakirələri çərçivəsində beş parlament komitəsinin birgə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu addım əhalinin narazılığına səbəb olar və onların maliyyə vəziyyətini pisləşdirə bilər.

Məhz buna görə, hökumət gələn il "Azərişıq" ASC və "Azərsu" ASC üçün 55 milyon manat həcmində büdcə subsidiyaları ayıracaq: "Biz güzəştə getməliyik”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26