Interposta.Info

Xətaidə yaşıllıq məhv edilir: parkı qazıb... (VİDEO)

Ölkə
 6-11-2017, 17:01     8 234

Bakının Xətai rayonu Gəncə prospekti 23A ünvanında yerləşən parkda yaşıllıq ərazi məhv edilir.

Sakinlərdən biri sözügedən ərazidə tikinti aparıldığı ilə bağlı "Qaynarinfo"ya video göndərib. Videodan da göründüyü kimi parkdakı yaşıllıq ərazidə ağaclar məhv edilir, qazıntı işləri aparılır. Parkın ərazisində kimin və hansı məqsədlə qazıntı işləri aparması barədə məlumat yoxdu.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq, amma qurumun saytında qeyd olunan nömrələrdən heç birinə cavab verilmədi.

Hadisənin səbəblərini öyrənmək üçün Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Rayonun İcra Hakimiyyətində münasibət öyrənmək üçün bir nəfəri tapa bilməyəndə nəticəsi belə olacaq. Kim haranı istəyir qazacaq, nə nə istəyir tikəcək...

interposta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26