Interposta.Info

Bakıda sürücü keçiddə 3 piyadanı belə vurdu -

Ölkə
 25-10-2017, 17:46     8 532

Bakıda piyada keçidində üç piyadanı eyni vaxtda vuran sürücünün görüntüləri Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər” kamerasına düşüb.

interposta.info xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a təqdim olunan videodan da göründüyü kimi, piyada keçidinə yaxınlaşan sürücü piyadalara yol vermək əvəzinə onları vuraraq qaydaları kobud şəkildə pozub. Piyadalar yüngül xəsarət alsalar da, burada sürücünün kobud qayda pozuntusu aşkar görünür.

"Yol hərəkəti haqqında” qanunun 54-cü maddəsinin I hissəsində qeyd olunub ki, "Sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir".

Sürücülərə tövsiyəmiz budur ki, yolda diqqətli olsunlar. Onlar fikri yayındıra biləcək şeylərdən uzaq durmalıdırlar ki, qarşılarına qəfil maneə çıxdıqda yol nəqliyyat hadisəsinin qarşısını almaq mümkün olsun.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26