Interposta.Info

Qadın sürücü Məhərrəmlinin videosunu yaydı

Maqazin
 5-03-2018, 19:01     10 492

Əməkdar artist Vasif Məhərrəmli idarə etdiyi 10 VM 500 qeydiyyat nişanlı "Rənc Rover" markalı avtomobillə paytaxtda yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə və piyadalara maneə yaradıb.

Avtosfer.az-ın xəbərinə görə, onun bu hərəkətləri sürücü-təlimçi Arzu Babayeva adlı qadın tərəfindən lentə alınıb.

Müğənni avtomobili ilə yolayrıcında geriyə hərəkət edərək piyada keçidinin üstündə dayanıb.

O, bu zaman sağa dönən avtomobillərin qarşısını kəsib. “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsində qeyd olunub ki, piyada keçidlərində və yolayrıcında geriyə hərəkət etmək qadağandır.

XebrBiz.az


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26