Interposta.Info

Güclü sel körpünü uçurdu: 3 kəndlə əlaqə kəsildi - VİDEO

Ölkə
 11-10-2017, 13:12     7 652

Astaranın Ovla kəndidəki avtomobil körpüsünün bir hissəsini sel suları yuyub aparıb. Nəticədə 600 nəfərdən artıq insanın istifadə etdiyi yol bağlanıb.

İcra hakimiyətindən bildirilib ki, körpünü bərpa etmək üçün rayonda lazımi texnika olmadığından işlər bir qədər gecikir

interposta.info xezerxeber.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl cənub Bolgəsinə yağan yağışlar səbəbindən yaranan sel Astara rayonunun bir neçə kəndinin yolunu tamamailə bağlayıb.

Sel suları Ovla kəndinin üzərindəki olan avtomabil körpüsünün torpaq qatını və dəmir konstruksiya ilə tikilmiş bir hissəsini yuyub aparıb.

Artıq bir neçə gündür ki, rayonun Ovala, Ağ körpü, Xıçasu kəndlərinin arasında əlaqə kəsilib.

Astara Rayon İcra Hakimiyyətindən bildridi ki, uçmuş körpüyə baxış keçirilib.Bununla bağlı akt tərtib olunaraq "Azəravtoyol" ASC və digər rəsmi qurumlara göndərilib. Rayonda körpünü bərpa etmək üçün lazımi texnika olmadığından işlər bir qədər gecikir.Lakin qısa müddətdə körpünün tikintisinə başlanılacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26