Interposta.Info

Xızıda ağır qəza

Ölkə
 7-10-2017, 12:05     10 352

Bakı-Quba şosesinin Xızı rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

interposta.info Report-a istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobil yol kənarındakı maneələrə çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri 20-25 yaşlı Rusiya vətəndaşıdır.

Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib. Xidmətin əməkdaşları ölənlərdən birinin - sıxılmış vəziyyətdə qalmış sürücü, 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlunun cəsədini deformasiyaya uğramış avtomobildən çıxarmağa çalışırlar.

Faktla bağlı araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26