Interposta.Info

Cip selin altında qaldı – VİDEO

Ölkə
 5-10-2017, 11:53     6 019

Hündür "Cip" maşını suyun altında qalıb və qaldırıcı kranla onu çıxarmağa çalışırlar. Ancaq cəhdlər uğursuz alınır.
Xezerxeber.az məlumat verir ki, söhbət Yardımlı rayonunun Deryavar kəndindən gedir. Kəndin içərisindən keçən yoldan gedən sel avtomobili öz ağuşuna alıb. Hadisə şahidlərinin sözlərinə görə, avtomobildə 5 nəfər olub. Kənd sakinlərinin köməyi ilə maşındakılar xilas edilsə də avtomobili sudan çıxarmaq hələ də mümkün olmayıb.
Sakinlərin sözlərinə görə, su gələn hissədə körpü olmadığı üçün avtomobillər sel gələn ərazi ilə hərəkət etməli olur. Avtomobil yola daxil olandan sonra qəflətən artan sel isə onun hərəkətini tamamilə saxlayıb və maşının aşmaq təhlükəsi yaranıb. Onu da qeyd edək ki, görüntü vətəndaşlar tərəfindən mobil telefonla çəkilərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib.

interposta.info
mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26