Interposta.Info

ATV məşhur serialları bağladı:

Ölkə
 28-09-2017, 07:36     10 485

ATV-nin yeni sədri Azər Xəlilovun qərarı ilə kanalda yayımlanan “Bozbaş Pikçers” (“Bozbash Pictures") və "Bacanaqlar" serialının yayımı dayandırılıb. Bu barədə Azvision.az məlumat yayıb.

interposta.info xəbər verir ki, A.Xəlilovun yaxın günlərdə telekanalda ciddi struktur və proqram islahatları aparacağı gözlənilir. Bundan əlavə bəzi əyləncəli verilişlərin də bağlanacağı bildirilir.

Qeyd edək ki, ötən gün Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin rəhbəri vüqar Qaradağlı vəzifəsindən azad olunub. Onun yerinə CBC kanalının rəhbəri Azər Xəlilov təyin edilib.

Azər Xəlilov hazırda CBC kanalına da rəhbərlik edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26