Interposta.Info

"ATV"-də kadr dəyişikliyi

Müxtəlif
 1-11-2017, 18:28     10 428

"ATV"-də kadr dəyişiklikləri davam edir.

interposta.info Ölkə.Az-a istinadla xəbər verir ki, şirkətin Proqram Departamentinin Nərmin adlı rəhbəri (soyadını dəqiqləşdirmək mümkün olmadı - red.) vəzifəsindən azad edilib.

Qeyd edək ki, "ATV"-nin keçmiş prezidenti Vüqar Qaradağlının kadrı hesab edilən Nərmin xanım hazırkı vəzifəsindən öncə Proqram Departamenti rəhbərinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, sentyabrın 26-də Vüqar Qaradağlının yerinə əməkdar jurnalist Azər Xəlilov təyin edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26