Interposta.Info

Azərbaycan Ermənistanı 38 pillə qabaqlayır

Ölkə
 27-09-2017, 21:26     10 338

Dünya İqtisadi Forumu ölkələrin 2017-2018-ci illər Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə rəqabətqabiliyyətlilik reytinqini dərc edib

Müəllif Hüquqları Agentliyindən AzVision.az-a verilən məlumata görə, hesabata əsasən Azərbaycan əvvəlki illərlə müqayisədə öz mövqeyini möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlib:

“Reytinq 12 göstərici üzrə tərtib olunur və əqli mülkiyyət mövqeyindən birinci göstərici – “Təsisatlar” və on ikinci göstərici – “İnnovasiyalar” vacib əhəmiyyət daşıyır. “Təsisatlar” bölməsində “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yer tutur. Bununla da Azərbaycan ötən dövrlə – 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksəlib”.

Agentlikdən əlavə ediblər ki, “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB ölkələri arasında 1-ci yeri tutur. Cənubi Qafqaz ölkələri arasında lider olaraq Ermənistanı 38, Gürcüstanı isə 58 pillə qabaqlayır.

“Əqli mülkiyyətin qorunması” ilə bağlı olan “İnnovasiyalar” mövqeyi üzrə Azərbaycan 33-cü yeri tutaraq müvafiq olaraq 70-ci yeri tutan Ermənistanı və 118-ci yeri tutan Gürcüstanı qabaqlayır və MDB ölkələri arasında lider dövlətdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26