Interposta.Info

Dünyanın ən yenilikçi ölkələri açıqlandı – Azərbaycan neçəncidir?

Gündəm
 16-06-2017, 12:29     534

Azərbaycan, dünyanın ən yenilikçi (innovativ) ölkələri sıralamasında 128 ölkə arasında 82-ci olub

“Marja” xəbər verir ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) və Kornell Universiteti tərəfindən dərc olunan “Qlobal İnnovasiya İndeksi 2017″ hesabatında dünyanın ən innovativ ölkələri müəyyənləşdirilib.


Hesabatda 128 fərqli ölkənin iqtisadiyyatı, patent müraciətləri, infrastruktur və təhsil xərclərinə qədər bir çox meyar təhlil edilib.

2011-ci ildən bəri dünyanın ən innovativ ölkəsi seçilən İsveçrə, bu il də siyahıda birinci yeri tutub. İsveç ikinci, Hollandiya isə siyahıda üçüncü sırada yer alıb.

Siyahıda ilk 10-a daxil olan digər ölkələr isə ABŞ, İngiltərə, Danimarka, Sinqapur, Finlandiya, Almaniya və İrlandiya olub.

Azərbaycan isə dünyanın ən innovativ ölkələri sıralamasında 128 ölkə arasında 82-ci olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26