Interposta.Info

Baş nazirin müavini: "Akif Əlinin cəzalandırılması mənlik deyil”

Ölkə
 26-09-2017, 14:31     9 823

“Akif Əlinin cəzalandırılmasına mən baxmıram. Bir də təkrar edirəm, ağlıma batmır ki, Akif belə bir söz danışsın”.

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov deyib.

“Onun cəzalandırılması mənlik deyil, mən belə işlərlə məşğul olmuram”, - deyə baş nazirin müavini qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ABŞ-da vəfat edən azərbaycanlı alim Lütfi Zadə haqda xoşagəlməz ifadə işlədib.

Bundan sonra mətbuatda onun cəzalandırılacağı ilə bağlı məlumatlar yayılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26