Interposta.Info

“O fındıqbaş kişi məni maraqlandırmır” - Akif Əli Lütfi Zadə haqqında

Ölkə
 8-09-2017, 13:14     10 518

Azərbaycanlı alim Lütfi Zadənin artıq Azərbaycanda dəfn olunacağı dəqiqləşib

Onun ailəsi və yaxınları 10 gün müddətinə nəşin ölkəyə gətiriləcəyini bildirib. Alimin hansı məkanda dəfn olunacağı isə hələlik müəyyənləşməyib.

interposta.info xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşı bu suala cavab tapmaq üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əliyə müraciət edib. Amma rəsmi dövlət qurumunun təmsilçisinin suala cavabı sözün həqiqi mənasında redaksiyanı şoka salıb. Akif Əlinin cavabını təqdim edirik:

“Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26