Bakıda metronun qarşısında ölüm -

Bu gün Bakıda yaşlı kişi küçədə ölüb.
interposta.info azvision.az-a istinadən bildirir ki, saat 13:30 radələrində Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyasının çıxışında orta yaşlı kişi qəfil yerə yıxılıb. Ətrafdakı şəxslərin köməyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə təcili yardım briqadası çağırılsa da, hələ gəlməyib.
Qafqazinfoxəbər verir ki, ölən şəxsin kimliyi müəyyənləşdirilib. O, 1951-ci il təvəllüdlü Bakı şəhər sakini Babayev Fikrət Məmməd oğludur.
Hadisə şahidləri F. Babayevin infarkt keçirdiyini bildirib. Şəxsin ölümüylə bağlı ailəsinə xəbər verilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26