Interposta.Info

Yanğın Şəkini cənginə aldı -

Ölkə
 28-08-2017, 14:21     10 598

ARB Şəki xəbər verir ki, Səbətli və Çapağan dağlarından sonra bu dəfə Daşbulaq dağını yanğın cənginə alıb.

Hadisə yerinə Şəki Yanğından Mühafizə hissəsinin maşın və briqadası cəlb olunub. Yanğının miqyası böyük olsa da səhər saatlarında nəzarətə götürülüb. Daha bir yanğın hadisəsi isə saat 07:11 radələrində Böyük Dəhnədə tövlədə qeydə alınıb. Yanğının miqyası 100 kvadratmetr ərazini əhatə edib.

67 yaşlı Məmləkət Cavadovaya məxsus tövlədə 300 ot bağlamasından yalnız 10-unu xilas etmək mümkün olub. Xoşbəxtlikdən yanğın zamanı tövlədə heyvanlar olmayıb.

Yanğının qarşısı yaxınlıqdakı yarımtikiliyə keçmədən alınıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26