Interposta.Info

İlin toyu baş tutdu:

Ölkə
 22-08-2017, 16:41     10 661

Türkiyənin Hakkari rayonunda məskunlaşan Qoyi tayfasının tanınmış nümayəndəsi, iş adamı Mehmet Sevinin oğlu Özgür Sevenlə kırıkkaleli müəllimə Başak Sözdinler evlənib. "Qaynarinfo" yerli mətbuata istinadən xəbər verir ki, Mehmet Seven oğlu və gəlini üçün Hakkarinin Boy kəndində 2 gün, 2 gecə toy edib.

Toya Şimali İraq, Van, Hakkari, Şırnak və Türkiyənin digər ərazilərindən tanınmış siyasətçilər, yüksək rütbəli məmurlar, bölgədəki böyük tayfaların nümayəndələri qatılıb.

Mərasimdə ümumilikdə 5 min qonaq olub. Mərasimdə Türkiyənin iqtidar və müxalifət nümayəndələri bir yerdə əylənib.

Günün sonunda qonaqlar bəy və gəlinin yaxasına qızıl taxıb. Qızıl o qədər çox olub ki, gəlin Başak Sözdinler onları daşımaqda çətinlik çəkib.

interposta.infoİlin toyu baş tutdu:
İlin toyu baş tutdu: İlin toyu baş tutdu:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26