Interposta.Info

Bakıda açılan endirimli mağazaya qadın “hücumu” -

Ölkə
 22-08-2017, 12:53     9 945

Bakıdakı "Nərgiz Mall” ticarət-əyləncə mərkəzində yeni endirimli mallar satılan "outlet” mağazanın açılışı qadınlar arasında görünməmiş ajiotaja səbəb olub.

BakuPost.az xəbər verir ki, bu barədə 1news.az saytı məlumat yayıb. Hadisə şahidlərinin sayta göndərdiyi videolardan görünür ki, böyük qadın kütləsi ticarıət mərkəzinin açılması ilə mağazaya hücum edib.

Ziyarətçilərin görünməmiş axını insanlar arasında toqquşmalara gətirib çıxarıb. İnsan çoxluğu havasızlığa səbəb olub və alıcılar arasında huşunu itirənlər də olub. Bu səbəbdən nəinki yeni mağaza, hətta bütün ticarət mərkəzi vəziyyətin tənzimlənməsi məqsədilə bağlanıb. Ertəsi gün mağazanın işi bərpa olunub.

Şahidlər deyir ki, bu gün səhər yenə də böyük insan kütləsi hələ ticarət mərkəzi açılmamış onun girişinin qarşısına toplaşıb və mağazanın vaxtından əvvəl açılmasını tələb edib. Bildirildiyinə görə, mağazada bütün mallar cəmi 5 manata satılır və elə bu da insanların böyük marağına səbəb olub.

interposta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26