Interposta.Info

Binə Ticarət Mərkəzində aksiya – Baş ofisin qarşısına toplaşdılar… – Səbəb

Ölkə
 26-04-2018, 15:46     10 509

Binə Ticarət Mərkəzindəki mövcud vəziyyətdən narazılıq yaranıb.

"XeberBiz" xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən tacirlərdən biri Minval.info-ya məlumat verib.

Narazılığa səbəb isə ticarət mərkəzində icarə haqlarının qaldırılmasıdır.

Belə ki, buna etiraz olaraq bazarın 10-cu sırasında yerləşən mağazalardan bir neçəsi qapılarını bağlayıb. Bununla yanaşı, onlar ticarət mərkəzinin baş ofisinə üz tutaraq rəhbərliyə narazılığını bildirib.

Aksiyaçılar tələb edilən icarə haqqının aşağı salınmasını istəyirlər.

Qeyd edək ki, yalnız ticarət mərkəzinin 10-cu sırasında yerləşən mağazaların icarədarları mövcud vəziyyətə görə aksiya keçirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26