Interposta.Info

Gürcüstana, Ermənistana və Azərbaycana tez-tez girib-çıxan PKK-çı?

Ölkə
 7-08-2017, 23:30     10 432

Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı növbəti sensasion iddia ilə çıxış edib

interposta.info
virtualaz.org-a istinadən xəbər verir ki, Göksel Gülbey bu dəfə PKK terror təşkilatının Gürcüstanda təşkilatlanması və bu təşkilatın “Avroman” adlı mənsubunun tez-tez Gürcüstan, Ermənistan və Azərbaycana “girib-çıxması” barədə danışır.

Gülbey iddia edir ki, PKK Gürcüstanda ciddi şəkildə təşkilatlanır. Bu təşkilatın Gürcüstanda “Gilavej” (“Sübh ulduzu”) adlı jurnalı çapdan çıxır. PKK-nın Gürcüstandakı təşkilatlanmasına və fəaliyyətinə başçılıq edən şəxs Abdülrehman Pariyev adlı şəxsdir. Bu terror təşkilatı mənsubuna yardım edən, Tiflislə Bakı arasında xəbər aparıb-gəirən şəxs isə “Kürdüstan İnsan Haqları Qoruma Birliyi”nin üzvü, Osman Baydemir adlı şəxsdir. Həmin şəxsin ləqəbi “Avroman”dır. (Türkiyədə hazırda həbsdə olan Diyarbəkir bələdiyyə başqanı Osman Baydemir nəzərdə tutulmur)

“Bu adam Türkiyədə axtarışda olmasına baxmayaraq Gürcüstan, Azərbaycan və Ermənistana dəfələrlə giriş-çıxış edib. Həmin şəxsi niyə tutub Türkiyəyə təhvil vermirlər?”-Gülbey sual edir.

ASİMDER başqanı iddia edir ki, PKK mənsubları Ermənistandakı düşərgələrdə təlim keçirlər, sonra Gürcüstandakı yezidi kürdlərdən dəstək alaraq Türkiyəyə keçirlər və Qara dəniz bölgəsində terror aktları törədirlər.

Göksel Gülbey bundan əvvəl PKK terrorçularının Ermənistanda və işğal altındakı Azərbaycan ərazilərində qurulmuş düşərgələrdə təlim keçdiyi haqda bir neçə dəfə bəyanatlar səsləndirib.

interposta.info
Gürcüstana, Ermənistana və Azərbaycana tez-tez girib-çıxan PKK-çı?
Gürcüstana, Ermənistana və Azərbaycana tez-tez girib-çıxan PKK-çı?

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26