Interposta.Info

“Space”in aparıcısının 6 ailə üzvü qəzada öldü -

Ölkə
 7-08-2017, 15:25     11 818

“Space” telekanalının aparıcısı Zamirə Dadaşova başına gələn faciə ilə bağlı feysbuk sosial şəbəkəsində paylaşım edib.
Publika.az xəbər verir ki, ağır yol qəzası nəticəsində ailəsinin 6 üzvünü bir anda itirən aparıcı başına gələn faciədən sonra dayanacaq gücünün qalmadığnı deyib.
Həmin paylaşımı təqdim edirik: “Hadisə hamının başına gələ bilər, hamı qəza törədə bilər. Amma bunu içkili, avara, gözü ayağının altını görməyən edirsə, bir gülləsi əskikdir. Bir gündə 51 yaşında ananı, 23 yaşında nişanlı qardaşı, 29 yaşında 6 və 7 yaşlı iki gül balasıyla birgə bacını və 5 yaşlı başqa bacımın uşağını itirdim. Məzarlığa yox, bir evə gedirəm hər dəfə. 6 nəfəri bir gündə dəfn etdim, özüm də 7 aylıq hamiləydim, artıq gücüm yoxdur...”.
“Space”in aparıcısının 6 ailə üzvü qəzada öldü -


“Allah qoysa, iki ay sonra oğlumun 13 yaşı olacaq. Zaman heç nəyi həll etmir. Çox darıxıram. Heç kimə hiss etdirməsəm də, gülsəm də, danışsam da, əylənsəm də, içim özümü, çölüm özgəni yandırır. İnsan məhv olur, içi göynəyir, ürəyi parçalanır, nəfəsi çatmır, boğulur. Hər gün əylənib, dostlar ətrafında olub içərəm ki, heç nəyi düşünməyim. Bu durumda ya dəli olmalısan, ya sərxoş... Ya da ölmək lazımdır. Heç biri də olmur ki, rahatlayasan. Çox pisəm, çox... Hər dəfə məzarlıqdan ölüb qayıdıram”.

interposta.info
“Space”in aparıcısının 6 ailə üzvü qəzada öldü - “Space”in aparıcısının 6 ailə üzvü qəzada öldü -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26