Interposta.Info

Gənc "terrorçu"

Ölkə
 6-08-2017, 07:25     11 013

Avqustun 4-də saat 1.00 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə FHN-dən naməlum şəxsin zəngi barədə məlumat daxil olub.

interposta.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, məlumatda “112 Xidməti”nə zəng edən bir nəfərin özünü təqdim etmədən “bomba var” sözlərini deyərək dəstəyi asması bildirilib.

Dərhal görülmüş tədbirlərlə zəngin Ağcabədi şəhərindən edilməsi müəyyən edilib.

Bu barədə ərazi aidiyyatı üzrə Ağcabədi RPŞ-yə məlumat verilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin rayon sakini 24 yaşlı ............ olması müəyyən edilib və o, saxlanılaraq Polis Şöbəsinə gətirilib.

İlkin araşdırmalarla onun analoji cinayətə görə 2014-cü ildə Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə məhkum edilməsi, cari il martın 16-da isə Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilməsi müəyyən edilib.

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26