Interposta.Info

Azərbaycanda məktəbdə bomba həyəcanı:

Ölkə
 17-04-2017, 19:26     498

Ağdamda məktəb binasına bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb.

interposta.info
xəbər verir ki, Ağdam rayon Polis Şöbəsindən "Report"un Qarabağ bürosuna verilən məlumata görə, naməlum şəxs Ağdam rayonun Quzanlı qəsəbəsində yerləşən 18 saylı məktəb binasına bomba qoyulması və bir necə dəqiqədən sonra partlayacağı barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttində məlumat verib.

Zəng edən şəxs iddia edib ki, məktəbə bombanı dövlət nömrə nişanı olmayan qara rəngli avtomobildən düşən 3 nəfər qoyub.

Dərhal aparılan araşdırmalarla zəng edən şəxsin Ağdam rayon sakini, hazırda Bərdə rayonunda müvvəqəti məskunlaşan 44 yaşlı Aslanov Elburus Teymur oğlu olması müəyyən edilib.

Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elburus Aslanov tutulub.

interposta.info xəbər verir ki, faktla əlaqədar cinayət işi başlanılıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26